A

UNEC-in Rus İqtisadiyyat Məktəbində  I UNEC Science Slam-ın qalibi Aysel Abbasova ilə görüş keçirilib.

Elmi və yaradıcı fəaliyyəti ilə fərqlənən tələbələrin iştirak etdiyi görüşdə A.Abbasova Science Slam müsabiqəsi ilə bağlı təəssüratlarını bölüşüb: “

Sciense Slam kimi dünyada böyük nüfuz və populyarlıq qazanan elm müsabiqəsinin UNEC-də təşkil olunacağını eşidəndə çox sevindim. Amma qalib olacağım ağlıma da gəlməzdi. Çünki rəqabət çox böyük idi. İstər müsabiqənin fakültə daxili mərhələsində, istərsə də finalda UNEC-in ən bacarıqlı tələbələri öz elmi araşdırmaları ilə mübarizəyə qatılmışdılar.

I yer mənim üçün gözlənilməz oldu. Ölkədə ilk dəfə keçirilən belə nüfuzlu bir konfransda Rus İqtisadiyyat Məktəbinin adını birinci etdiyim üçün çox xoşbəxtəm. Finalda mənə dəstək olan fakültəmizin bütün professor-müəllim heyətinə və tələbələrinə təşəkkür edirəm”.

A.Abbasova UNEC tələbəsi olmağın üstünlüklərindən də danışıb: “

I UNEC Science Slam” müsabiqəsi bir daha sübut etdi ki, İqtisad Universiteti bizə uğura doğru irəliləməmizdə daima bir-birindən uğurlu imkanlar yaradır. Mən hər yerdə qürurla deyirəm ki, UNEC tələbəyə inanılmaz fürsətlər tanıyan universitetdir. UNEC tələbəsi adını daşıdığım üçün fəxr edirəm!”

Science Slam qalibi təqdimatını hazırlamaqda ona istiqamət verən müəllimlərinə də təşəkkür edib və II UNEC Science Slam elm müsabiqəsində iştirak etməyi planlayan tələbələrə öz tövsiyələrini verib.

 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay