A

May ayının 19-da UNEC Zaqatala filialında tələbələrin iştirakı ilə  Muhasibat uçotu və audit-1 ixtisası üzrə I kurs tələbəsi Xəyal Hüseynovun yaradıcılığına həsr olunmuş yaradıcılıq gecəsi təşkil edildi.

Tədbirin keçirilməsində əsas məqsəd gənclərimizə milli vətənpərvərlik ruhu, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət hissləri aşılamaq, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərməkdir.  Bundan əlavə incəsənətimizin, mədəniyyətimizin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Bu gün Azərbaycan mədəniyyəti davamlı inkişaf yolu keçir və bütün dünyaya təbliğ olunur. Heç şübhəsiz ki, bu inkişafın əsasında ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin himayədarı idi. Möhtərəm Prezidentimizin Azərbaycana rəhbərlik etdiyi illər ərzində mədəniyyətimiz, incəsənətimiz daha da inkişaf edib, onun imzaladığı fərman və sərəncamlar bu işə güclü stimul yaradıb.

İncəsənətin müxtəlif janrları üzrə  Muhasibat uçotu və audit-1 ixtisası üzrə I kurs tələbələri Hüseynov Xəyal, Dadaşov Mirhəsən, İbadlı Cəmil və İqtisadiyyat-2 ixtisası üzrə I kurs tələbəsi Yoldaşova Gülnar maraqlı çıxışlarına görə filialın rəhbərliyi tərəfində fəxri fərmanlarla təltif olundular. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay