A

UNEC tələbəsi universitetlər arasında keçirilən “Azərbaycan-Rusiya əlaqələri: Dünən, bu gün, sabah” adlı inşa yazı müsabiqəsində qalib olub.

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən müsabiqəyə ölkənin 20-yə yaxın ali təhsil ocağından Azərbaycan, rus və ya ingilis dillərində Azərbaycan-Rusiya əlaqələrinin siyasi, iqtisadi, mədəni və sosial aspektlərinə həsr olunan yazılar daxil olub. İnşaları 5 nəfərlik münsiflər heyəti anonimlik gözlənilməklə qiymətləndirib. Yazılara 10 ballıq cədvəl üzrə dörd meyar üzrə qiymət verilib. İnşaların forma və məzmuna dair tələblərə cavab verməsi, mövzunun adının onun məzmununu əks etdirməsi, irəli sürülən fikir və ideyaların aydınlığı və məzmunluluğu, dil qaydalarına riayət olunması prinsiplərinə əsasən aparılan qiymətləndirmə nəticəsində hər dil üzrə 3 nəfər qalib gəlib.

UNEC-in Rus İqtisadiyyat Məktəbinin III kurs tələbəsi İsa Qurbanov rus dilində ən yaxşı inşa yazısına görə birinci yerə layiq görülüb.

UNEC tələbəsinə sertifikat və mükafat təqdim edilib.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR