A

Azərbaycanı “Enactus” Dünya Kubokunda təmsil edəcək UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri, “Enactus UNEC” komandasının üzvlərini təqdim edirik. Onları daha yaxından tanıyın:

DSC_4100-001

Eşqin Cəfərov (komandanın kapitanı) –İqtisadiyyat ixtisası üzrə III kurs tələbəsidir. Biznes ideyalarla bağlı layihələr hazırlayır. 2016-cı ildə hazırladığı layihə İKT fondunun qrant müsabiqəsinin qalibi olub.

DSC_4115-001

Ayla Əliyeva - Muhasibat uçotu və audit ixtisasının tələbəsidir. II kurs tələbəsi olmağına baxmayaraq, ACCA F3 sertifikatını əldə edib. Musiqi ilə maraqlanır, elmi kitablar oxuyuq və voleybol oynamağı sevir.

DSC_4110-001

Tural Ömərov - İqtisadiyyat ixtisası üzrə III kursda təhsil alır. Tural ACCA sertifikatı ilə maraqlanır. O, Mançester Yunayted futbol klubunun azarkeşidir. Tural AİESEC təşkilatının fəal üzvüdür.

DSC_4108-001

Məhəmməd Vəlizadə - İqtisadiyyat ixtisasının III kurs tələbəsidir. Biznes və startaplar sahəsində yeniliklərlə yaxından maraqlanır. Sahibkarlıq proqramında təlimçi və proqram koordinatoru köməkçisi kimi fəaliyyət göstərib. Gələcəkdə şəxsi biznesi ilə məşğul olmaq istəyir.

DSC_4095-001

Məryam Tağıyeva - Muhasibat uçotu və audit ixtisasının II kurs tələbəsidir. TEDx və idman proqramlarına böyük maraq göstərir. Gələcəkdə audit və ya HR menecer kimi fəaliyyətini davam etdirmək istəyir.

DSC_4092-001

Arzu Tofiqli – Maliyyə ixtisasının II kurs tələbəsidir. Arzu maliyyə ilə yanaşı, marketinqlə də maraqlanır. Onun həmçinin geniş sosial çevrəsi var və bir neçə tələbə təşkilatında fəaliyyət göstərir. Məqsədi gələcəkdə Maliyyə üzrə CFA namizədi olmaqdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay