A

Bu gün UNEC-in məzunu, şəhid Elşən Məmmədovun xatirə günüdür.

Elşən Məmmədov 1992-ci ildə Gürcüstanın Bolinisi rayonunda anadan olub. Bakı şəhər 115 saylı orta məktəbi bitirib. 2010-cu ildə UNEC-in Kommersiya fakültəsinə daxil olub. 2014-cü ildə UNEC-dən məzun olaraq, hərbi xidmətə yollanıb.

Hərbi xidmətini Tərtər rayonunda keçən Elşən ordudan təxris olunmağına 5 gün qalmış şəhidlik zirvəsinə yüksəlib. 2015-ci il sentyabrın 25-də döyüş növbəsinə çıxan E.Məmmədov posta çıxdıqdan bir neçə dəqiqə sonra düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Elşən Məmmədov Gürcüstanın Bolinisi rayonunun Zol Göyəc kəndində dəfn edilib.

Elşənin işıqlı xatirəsi onun müəllimlərinin və tələbə yoldaşlarının qəlbində daim yaşayacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR