A

Sentyabrın 26-da UNEC tələbələri Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “Enactus World Cup – 2017” finalının açılış mərasimində iştirak ediblər.

“Facebook” sosial şəbəkəsində canlı yayımlanan mərasimdə iştirakçı ölkələrin təntənəli keçidi xüsusi maraqla qarşılanıb. Azərbaycan təmsilçiləri – UNEC tələbələri səhnəyə ikinci çıxıblar. Milli geyimli “Enactus UNEC” komandasının keçidi zamanı Azərbaycan musiqisi səsləndirilib. İştirakçılar səhnəyə Enactusun qaydalarına uyğun olaraq Azərbaycan və UNEC bayraqları ilə çıxıblar. İkinci liqada onların rəqibləri İtaliya, Meksika, Qazaxıstan və Filippin komandalarıdır.

“Enastus UNEC” komandasının bayraqdarı kapitan, Beynəlxalq İqtisadiyyat Məktəbinin  III kurs tələbəsi Eşqin Cəfərov olub. Komandanın digər üzvləri isə Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Arzu Tofiqli, Məhəmməd Vəlizadə, Ayla Əliyeva, Tural Ömərov və Məryəm Tağıyevadır. Səfərdə komandanın məsləhətçisi qismində UNEC-in

Karyera Mərkəzinin direktoru Fuad Əliyev də iştirak edir.

36 ölkənin təmsil olunduğu “Enactus World Cup – 2017” UNEC tələbələri Azərbaycanı üç biznes layihə ilə təmsil edirlər. Onlar istifadəsiz bannerlərdən proyektor pərdəsinin hazırlanması olan “Proboard”, “From waste of food to great business” (Qida tullantılarından alınan gübrədən bitkilərin yetişdirilməsi) və sənətkarlıq məhsullarının satışı - “Misgər” layihələridir.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR