A

Sentyabrın 26-da UNEC rektoru, professor Ədalət Muradov İqtisadiyyat fakültəsi və Rus İqtisad Məktəbinin I kurs tələbələrilə görüşüb.

Tələbə adını qazanması münasibəti ilə meqafakültələrin I kurslarını təbrik edən rektor, UNEC-i seçdikləri üçün onlara təşəkkürünü bildirib, təhsillərində uğurlar arzulayıb. Azərbaycan iqtisadiyyatının davamlı inkişafında gənclərin rolunun əvəzsiz olduğunu bildirən rektor, iqtisadçı olmağa hazırlaşan tələbələri ixtisasın bütün sirlərinə yiyələnməklə yanaşı, həm də millətin, dövlətin və vətənin təəssübünü çəkən vətəndaş olmağa çağırıb.

UNEC-in xüsusi təqaüd proqramlarından bəhs edən Ə.Muradov bildirib ki, imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə ikinci əlaçı təqaüdü verilir. Həmçinin, UNEC-ə 600-dən yuxarı bal toplayaraq qəbul olunan hər bir tələbəyə bir semestr boyunca universitet hesabına əlavə təqaüd verilir.

Ə.Muradov tələbələri asudə vaxtlarını səmərəli keçirmək və xüsusi bacarığı isə seçilən gənclərin bu potensialını daha da inkişaf etdirmək məqsədi ilə UNEC-in Yaradıcılıq Mərkəzinə  üzv olmağa, eləcə də Radio UNEC-də maraqlı layihələrlə çıxış etməyə çağırıb. Rektor, I kurs tələbələrinə UNEC-də tədris olunan ən müasir biliklərə səylə yiyələnməyi, təhsildə uğurlar qazanmağı, öz hədəflərinə çatmaq üçün əzmlə çalışmağı, tələbələr üçün yaradılan hərtərəfli şəraitdən faydalanmağı tövsiyə edib.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay