A

2016/2017-ci tədris ilində UNEC-in İqtisadiyyat fakültəsinin  iqtisadiyyat ixtisasından məzun olan şəxslərin diplomları hazırlanır. 177, 179, 187, 188, 189 və 197-ci (1,2,3, R) qruplarda təhsil alan şəxslərin diplomları artıq tam hazırdır.

Məzunlar diplomlarını əldə etmək üçün UNEC-in əsas tədris binasında (İstiqlaliyyət 6) Tələbə şöbəsinə (106 saylı otaq) yaxınlaşa bilərlər.

Qeyd: 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən UNEC-ə 2016/2017-ci tədris ilinin bakalavr məzunları üçün 4476 ədəd diplom blankı göndərilib. Diplomların hazırlanması – yazılması, hər ixtisasa uyğun olaraq komissiya sədrləri tərəfindən imzalanması, rektorun imza və möhürü ilə təsdiq olunması prosesinə başlanılıb.

Diplomlar fakültə və ixtisaslar üzrə ardıcıllıqla təqdim ediləcək. Hər ixtisas üzrə diplomlar tam hazır olduqdan sonra unec.edu.az saytında və UNEC-in Facebook sosial şəbəkədəki rəsmi səhifəsində bu barədə məlumat veriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay