A

Sentyabrın 28-də “Azercell Telekom” MMC-nin nümayəndələri UNEC-də olub.

UNEC tələbələri ilə görüşən şirkət əməkdaşları bildiriblər ki, “Azercell Telekom” MMC 2017-2018 tədris ili üçün növbəti Təqaüd Proqramına start verib. Proqramın məqsədi təhsildə uğur qazanan və fərqlənməyi bacaran tələbələrə diqqət nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdır.

UNEC-in bir çox tələbəsinin “Azercell” təqaüdçüsü adına layiq görüldüyünü diqqətə çatdıran şirkət nümayəndələri onların şirkətin təcrübə proqramlarında da uğurlu iştirak etdiklərini vurğulayıblar.

Görüşdə tələbələr “Təqaüd Proqramı”nda iştirak etmək qaydaları ilə tanış olublar. Bildirilib ki, proqrama qəbul edilən bacarıqlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.

“Tələbə Təqaüdü Proqramı”na müraciət etmək üçün şirkətin rəsmi veb səhifəsinə (www.azercell.jobs) daxil olmaq lazımdır. Proqrama III və IV kurs tələbələri müraciət edə bilərlər. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin elektron poçtuna göndəriləcək. Ərizələr yalnız onlayn rejimdə qəbul edilir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR