A

Bu gün əbədi tələbəmiz Şamil Rəcəbovun doğum günüdür.

Rəcəbov Şamil Kamil oğlu 4 oktyabr 1970-ci ildə Ağdamda anadan olub.

1977-1988-ci illərdə Ağdam şəhər 5 saylı orta məktəbində təhsil alıb. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1989-1991-ci illərdə Xabarovski vilayətində hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurub Vətənə qayıdan Şamil Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. Qiyabi təhsil alan Şamil Bakı neft emalı zavodunda çalışıb.

Ermənilər Ağdam şəhərini işğal etdikdən sonra təhsilini yarımçıq qoyaraq, könüllü döyüşə yollanıb. 1994-cü il, aprelin 18-də Ağdamın Qərvənd kəndində gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Şamil Rəcəbov Bakıdakı II Şəhidlər Xiyabanında dəfn olunub.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR