A

UNEC-in Rus İqtisad Məktəbində “Nə? Harada? Nə zaman?” intellektual oyununun növbəti mövsümünə start verilib.

İntellektual yarışın kinofilmlərə həsr olunan ilk görüşündə kinositatlar, fraqmentlər, açar sözlər, saundtreklər, şəkilli və leqo suallara cavab axtarılıb. Hər raund kinonun bir janrına həsr edilib. Maraqlı və gərgin keçən yarışın qalibi birinci kurs tələbələrindən ibarət “Spektr” komandası olub.

Yarışda həmçinin UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi ötən mövsümün qaliblərinə mükafatlar təqdim edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay