A

OrxanUNEC-in prezident təqaüdünə layiq görülən I kurs tələbələrini təqdim edirik:

Orxan Əsgərov 9 dekabr 1999-cu ildə Oğuz şəhərində anadan olub. O, Oğuz şəhər 3 nomrəli məktəb-liseydə orta təhsilini alıb. Məktəb illərində bilik və idman yarışlarında iştirak edib. Qəbələ regional coğrafiya fənn müsabiqəsində 1-ci yerə layiq görülüb. Liseyi fərqlənmə ilə bitirib. Qəbul imtahanında 688 bal toplayaraq UNEC-in 

Beynəlxalq İqtisadiyyat Məktəbinin

maliyyə ixtisasına qəbul olub. Asudə vaxtlarında idmanla məşğul olur, intellektual oyunları, maraqlı filmləri izləməyi xoşlayır.

- Orxan, universitet seçiminizdə hansı amilə daha çox üstünlük verdiniz?

- UNEC-in daim artan nüfuzu, tələbələrə yaratdığı şərait, beynəlxalq əlaqələri mənim daha çox diqqətimi cəlb etdi. Aldığım məlumatlar və şəxsi araşdırmalarım nəticəsində seçimim UNEC oldu. Hesab edirəm ki, hazırda təhsil aldığım Beynəlxalq İqtisadiyyat Məktəbi ikinci ixtisas qrupu üzrə ölkənin ən nüfuzlu və tələb olunan fakültəsidir.

- Üç aydır ki, UNEC tələbəsisiniz. Universitet haqqında təəssüratlarınız necədir?

- UNEC-də keyfiyyətli və ədalətli təhsil sistemini yüksək qiymətləndirirəm. Fakültəmizdə müəllim-tələbə münasibətləri üst səviyyədə qurulub. Dərslərin səmimi ortamda təşkili tədris olunan fənni sevməklə, onun daha yaxşı qavranılmasına xidmət edir. Bu da gələcəkdə peşəkar mütəxəssis kimi yetişməyimiz üçün çox vacib amildir. Qrup yoldaşlarımla həm də sağlam bilik rəqabəti aparırıq. Rəqabət olan yerdə inkişaf da var. Fakültədəki sağlam və səmimi mühit bu rəqabətin düzgün aparılmasında mühüm rol oynayır.

- Siz UNEC-in tələbələrə verdiyi hansı imkandan istifadə etməyi düşünürsünüz?

- İstər təhsil, istər karyerada beynəlxalq təcrübənin öyrənilməsi önəmli faktordur. Müasir bazar iqtisadiyyatı daha savadlı və təcrübəli mütəxəssis hazırlığını tələb edir. Bu baxımdan mən də xarici universitetlərin təhsil imkanlarından yararlanmağı düşünürəm. UNEC-də bu istiqamətdə uğurlu beynəlxalq əməkdaşlıq həyata keçirilir, dünyanın nüfuzlu univürsitetləri ilə ikili diplom və mübadilə proqramları reallaşdırılır. Bu layihələrdə iştirak etmək prioritetlərim sırasındadır.

- Abituriyentlərə nə tövsiyə edirsiniz, sizcə qəbul imtahanında ən yüksək bal toplamağın formulu necədir?

- Şəxsi təcrübəmdən deyə bilərəm ki, imtahanda yüksək nəticəyə nail olmağımın əsas səbəbi dərslərə sistemli və məqsədli şəkildə çalışmağım oldu. Əlbəttə ki, ailəmin və müəllimlərimin dəstəyi də danılmazdır. Dərslərlə yanaşı, istirahətimə də ciddi yanaşırdım. Abituriyentlərə məsləhətim odur ki, yuxu rejiminə fikir versinlər, imtahan hazırlıqlarını son günə saxlamasınlar.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR