A

UNEC tələbələri “Gənclər arasında sahibkarlıq fəaliyyətinin artırılması məqsədi ilə Milli Case” yarışının qalibi olublar.

Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə keçirilən yarışın məqsədi kənd təsərrüfatında meyvə-tərəvəz sahəsində yerli və beynəlxalq təcrübədən istifadə edərək yeni metodologiyaların hazırlanmasına tələbələrin cəlb edilməsidir.

Tələbələr arasında ən populyar yarışlardan olan müsabiqəyə 9 universitetdən 29 komanda qatılıb. Final mərhələsinə 9 komanda iştirak hüququ qazanıb. Finalçılar kənd təsərrüfatı sektoru üzrə biznes plan hazırlayaraq, münsiflər heyətinə təqdim ediblər. Komandalar kiçik və orta bizneslər üçün ideyanın miqyası, bazar üzrə məlumatların öyrənilməsi, təşviq və satış kanalları alətləri, tətbiq edilən texnologiyaların başadüşülən olması, ehtimalların və rəqəmlərin reallığı, ideyanın orijinallığı, təqdimatın tərtibatı və iqtisadi hesablamaların metodikasının düzgün tətbiq olunması meyarlarına görə qiymətləndirilib.

Maraqlı və gərgin keçən yarışda UNEC-i təmsil edən komandalar daha yüksək nəticə əldə edərək, fəxri kürsünün hər üç pilləsində qərarlaşıblar.

I yerin qalibi Beynəlxalq İqtisadiyyat Məktəbinin “Bal kimi” komandası olub. II yerə SABAH Qruplarının “EcoSABAH”, III yerə isə Beynəlxalq İqtisadiyyat Məktəbinin “SaffrAz” komandası layiq görülüb.

Qaliblərə diplom və hədiyyələr təqdim edilib.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR