A

UNEC-in Rus İqtisad Məktəbində “Nə? Harada? Nə zaman” intellektual yarışı keçirilib.

Tələbələr arasında Azərbaycan mədəniyyəti, tarixi və incəsənətini təbliğ etmək məqsədilə təşkil olunan yarışma “Doğma dil” mövzusuna həsr edilib. Universitetin bütün fakültələrinin təmsil olduğu yarışda 17 komanda qələbə uğrunda bilik mübarizəsi aparıb. Tələbələrə Azərbaycan filmlərindən süjetlər nümayiş etdirilib, suallar verilib.

Gərgin və maraqlı keçən intellektual yarışın qalibi “Leqatus” komandası olub. II yerə “Generalissimus”, III yerə isə “Epsilon” komandası layiq görülüb.

Qalib komandalara kubok və hədiyyələr təqdim olunub.

“Nə? Harada? Nə zaman?” intellektual yarışı Rus İqtisad Məktəbinin direktor müavini, dosent Anar Eyyubovun təşkilatçılığı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə keçirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay