A

UNEC-in tələbələri biliklərini valideyn himayəsindən məhrum olan uşaqlarla paylaşıblar.

UNEC-in

Beynəlxalq İqtisadiyyat Məktəbinin

Tələbə Həmkarlar İttifaqı Komitəsinin

təşkilatçılığı ilə keçirilən görüş I kurs tələbələrinin təşəbbüsü ilə həyata keçirilib. Əksəriyyəti prezident təqaüdçüsü olan və qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-in xüsusi təqaüdünə layiq görülən I kurs tələbələri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti öz bilik və təqaüdlərini valideyn himayəsindən məhrum olan uşaqlarla paylaşmaq istədiklərini bildiriblər. Bu məqsədlə onlar Xəzər rayonunda yerləşən valideyn himayəsindən məhrum olan uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində olublar.

Tələbələr şagirdlər arasında riyaziyyat, coğrafiya, ədəbiyyat, tarix və musiqi fənnləri üzrə müsbiqə keçiriblər. Qaliblərə kubok və hədiyyələr təqdim edilib.

Universitetə yüksək balla qəbul olunan tələbələrlə tanışlıqdan məmnunluqlarını ifadə edən şagirdlər gələcəkdə onlar kimi yüksək nəticə toplayaraq tələbə adını qazanmaq arzusunda olduqlarını bildiriblər. UNEC-in tələbələri universitetə hazırlaşan şagirdlərə ixtisas seçimində istiqamət verməyə və özlərinin əlavə dərs vəsaitlərini onlara təqdim etməyə hazır olduqlarını qeyd ediblər.

Görüş əyləncəli oyunlarla davam edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR