A

UNEC 

SABAH Mərkəzi

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə IV “Vyana balı” keçirib.

Ənənəvi olaraq hər ilin sonunda keçirilən tədbirin məqsədi dünya mədəniyyəti, rəqs və musiqilərini SABAH tələbələrinin ifasında təqdim etməkdir. “Vyana balı” SABAH tələbələrinin imtahanqabağı motivasiyasında da mühüm rol oynayır.

Bu il “Fairmont Baku” otelində təşkil olunan balın bir özəlliyi də tədbirdə tələbələrlə birlikdə SABAH-ın ilk məzunları ilə müəllimlərin iştirakı olub. Müəllimlər tələbələr üçün xüsusi olaraq hazırladıqları “Yeni il” mahnısını ifa ediblər. Rəqs gecəsində müəllimlərlə tələbələrin tanqo rəqsi də xüsusi maraqla qarşılanıb.

Rəqslərin quruluşu UNEC SABAH Mərkəzinin IV kurs tələbəsi Cavid Hacıyevindir. “Vyana balı”nın təşkilatçıları isə məzun Sadiq Əsgərov ilə IV kurs tələbəsi İlkin Rüstəmzadədir.

VİDEO

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR