A

Yanvarın 23-də UNEC-in rektoru, professor Ədalət Muradov Zaqatala filialında tələbələrlə görüşəcək.

Rektor bununla bağlı rəsmi Facebook səhifəsində tələbə və valideynlərə müraciət ünvanlayıb:

“UNEC-in Zaqatala filialında təhsil alan əziz tələbələr, hörmətli valideynlər!

Semestr müddətində və davam edən qış imtahan sessiyasındakı nəticələrinizi diqqlətlə izləyirik və qazandığınız hər bir uğur bizi olduqca sevindirir. Filialımızda tədrisin keyfiyyətinin yüksəldilməsi bizim prinspial mövqeyimizdir və tələbələrimizin bu prosesdə təşəbbüskarlığı bizim üçün çox önəmlidir.

Həm imtahan sessiyası, həm də tədris prosesi barədə müraciətlərinizi dinləmək üçün yanvar ayının 23-ü saat 10:00-da Zaqatala filialımızda keçirəcəyim görüşə hər birinizi dəvət edirəm.

Bir daha hər birinizə uğurlar arzulayıram!”

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR