A

 UNEC-in tələbəsi “Deloitte Brand Ambassador” layihəsinin qalibi olub.

Gənclər Günü münasibətilə Deloitte Azerbaijan şirkətinin start verdiyi “Deloitte Brand Ambassador” layihəsinin məqsədi universitetlərdə brend təmsilçiləri vasitəsilə şirkət və tələbələr arasında körpü qurmaqdır. UNEC-in Beynəlxalq İqtisadiyyat məktəbinin 3-cü kursunda mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan Lalə Əlizadə UNEC tələbələri ilə şirkət arasında səfir rolunu oynayacaq. O, tələbələri vakansiya yerləri, təcrübə proqramları barədə məlumatlandıracaq.

L.Əlizadə  bir neçə mübadilə proqramının iştirakçısı olub. Orta məktəbdə təhsil aldığı dövrdə “Gənc liderlik” proqramı çərçivəsində ABŞ-ın Arizona State University-də liderlik təlimlərində iştirak edib. Polşada könüllü qismində mübadilə proqramına qatılıb.

L.Əlizadə UNEC-də “Erasmus+” mübadilə proqramının qalibi olub. O,  proqram çərçivəsində Böyük Britaniyanın Leicester Universitetində bir semestrlik təhsil alıb. Dərslərinə məsulliyyətlə yanaşan Lalə imtahanlarda yüksək nəticə göstərərək iki dəfə UNEC-in TOP 15 xüsusi təqaüd proqramını qazanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay