UNEC-in Zaqatala filialının tələbəsi təhsilini Bakıda davam etdirir.

UNEC rektoru Zaqatala filialında təhsil alan tələbələrin stimullaşdırılması məqsədilə imtahan sessiyasında ən yüksək nəticə göstərən tələbələrə xüsusi təqaüdlərin verilməsi və bir tələbənin bir semestrlik Bakıda təhsilini davam etdirməsi barədə qərar qəbul edib.

Filialın maliyyə ixtisası üzrə 2-ci kurs tələbəsi Aqil Hüseynzadə qış imtahan sessiyasında ən yüksək nəticə əldə edərək, xüsusi təqaüd qazanmaqla yanaşı, hazırda təhsilini eyni ixtisas üzrə UNEC-də davam etdirir. 

Aqil Hüseynzadə UNEC rektorunun filial tələbələrinə yaratdığı bu imkanı yüksək dəyərləndirərək, qarşıdakı imtahanları da uğurla verməyi qarşısına məqsəd qoyduğunu bildirib. Aqil UNEC-də keçirilən tədbirlərində də fəal iştirak edir. O, AccessBank-ın UNEC-də “Milli valyuta və makroiqtisadi sabitlik” mövzusunda təşkil etdiyi açıq dərsdəki müzakirələrdə fəallıq nümayiş etdirərək müəyyən balansa malik, 1 illik xidmət haqqı ödənilən AccessBank plastik kartını qazanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay