A

UNEC-də “Gənc Ekoloqlar” bilik yarışının final mərhələsi keçirilib.

UNEC-in “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının “Yaşıl Dünya” dərnəyinin və fakültə Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən müsabiqədə İqtisadiyyat fakültəsinin ekologiya ixtisasının tələbələri iştirak edib.

Yarışda iştirak edən “Forest”, “SER”, “King of Eko”, “Morpheus” komandaları, “Quba-Xaçmaz iqtisadi rayonu”, “Gəncə-Qazax iqtisadi rayonu”, “Aran iqtisadi rayonu”, “Lənkəran iqtisadi rayonu” mövzularında çıxış ediblər.

Münsiflər heyəti “SER” komandasının hazırladığı “Gəncə-Qazax iqtisadi rayonu” mövzusunda olan təqdimata daha yüksək qiymət verərək, onları qalib elan ediblər.

Qaliblərə mükafat, digər iştirakçılara isə sertifikat təqdim edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR