A

UNEC Yunus Sosial Biznes Mərkəzinin təşkilatçılığı ilə “Woman Social Business Day” mövzusunda tədbir keçirilib.

Tədbirin məqsədi tələbə və magistrləri sosial biznes haqqında məlumatlandırmaq, onları cəmiyyətin sosial problemlərinin həllinə həvəsləndirmək olub. Tədbirdə “Green Baku”nun təsisçisi Samir Qədirov, “WoWoman”ın direktoru Arzu Ağazamanova, “BUTA Art & Sweets”in təsisçisi Sara Rəcəbli uğur hekayələrini danışıb, biznes sahəsindəki təcrübələrini paylaşıblar.

Tələbələrə bildirilib ki, UNEC Yunus Sosial Biznes Mərkəzi “Sosial Biznes və Sahibkarlıq Proqramı”na start verib. Proqram mayın 17-19-da Beynəlxalq Sosial Biznes və Sahibkarlıq Sammiti ilə yekunlaşacaq.

Çıxışlardan sonra tələbə və magistrlər təhsil, texnologiya, kənd təsərrüfatı və səhiyyə üzrə öz sosial biznes ideyalarını formalaşdıraraq, təqdim ediblər.

Sonda qaliblər mükafatlandırılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR