A

UNEC-də Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan bilik yarışı keçirilib.

“Heydər Əliyev və Azərbaycan tarixi” mövusuna həsr olunan viktorinada UNEC tələbələri biliklərini sınayıblar. Gərgin keçən yarışda Beynəlxalq İqtisadiyyat Məktəbinin komandası bir bal fərqi ilə qalib olub. Bununla da Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan ümumrespublika yarışında UNEC-i təmsil edəcək komanda müəyyənləşib.

II və III yerləri isə Rus İqtisad Məktəbi ilə Biznes və menecment fakültəsinin komandaları bölüşüb.

Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən bilik yarışının suallarını UNEC-in “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Hüseynov ilə Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov hazırlayıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR