A

UNEC tələbələri “Peak Time” Tələbələrarası Beynəlxalq Biznes müsabiqəsinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Stokholm Biznes Universitetinin təşkil etdiyi “Peak Time” Beynəlxalq Biznes müsabiqəsində 60-dan çox ölkənin 200-dən çox nüfuzlu universitetindən 1500-dək istedadlı və kreativ düşüncəli tələbə iştirak edib. Simulyasiya oyunları və biznes keyslərin həllindən ibarət olan iki mərhələli müsabiqədə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 4-cü kurs tələbələri Nilufər Məhəmmədcəmil qızı, Rafiq Abbasov, 3-cü kurs tələbəsi Nizam Mahmudov və məzun Kamran Osmanov iştirak edib. Güclü rəqiblər arasında bilik və bacarıqları ilə fərqlənən UNEC təmsilçiləri 80 finalçı arasında yer alıblar. Bununla da onlar Latviyanın Riqa şəhərində keçiriləcək final mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazanıblar.

1991-cü ildən keçirilən “Peak time” Tələbələrarası Beynəlxalq Biznes müsabiqəsi Baltikyanı regionda təşkil olunan ən genişmiqyaslı tədbir hesab olunur. Stockholm İqtisadiyyat Universitetinin təşkil etdiyi müsabiqə 4 mərhələdən ibarət olur və Microsoft, McKinsey&Company, Danske Bank, Civitta, Fujifilm, UPS kimi nəhəng şirkətlərin dəstəyi ilə reallaşır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay