A

UNEC-in tələbələrinin ixtisas təcrübəsi davam edir.

Texnologiya və dizayn fakültəsində qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr ölkənin nüfuzlu qida sektorlarında təcrübə keçirlər.

UNEC-in müvafiq struktur və təcrübə rəhbərləri ixtisas təcrübələrini Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA), Avrora MMC-nin nəzdində fəaliyyət göstərən “Rosko” kolbasa sexi və “Doymak” makaron fabrikində keçən tələbələrin təcrübəsinin təşkili ilə tanış olublar.

UNEC-in “Qida məhsullarının texnologiyası” kafedrasının müdiri, dosent Mehriban Məhərrəmova tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. Təcrübəçilər müəssisələrin fəaliyyəti, istehsal edilən məhsullar, onların çeşidi, keyfiyyəti, tətbiq olunan müasir avadanlıqlar barədə ətraflı məlumat veriblər. Onlar UNEC tələbələrinin təcrübədə çox fəal iştirak etdiyini bildiriblər.

UNEC-in tələbələrinin bilik və bacarıqlarını yüksək qiymətləndirən AMKA-nın prezidenti Tahir Əmiraslanov təcrübədə öz fəallığı və bacarığı ilə seçilən tələbələrin Milli Kulinariya Assosiasiyasında işlə təmin olunacağını qeyd edib.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində UNEC-də 3102 bakalavr ixtisas, 660 magistr isə elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinə cəlb edilib. UNEC-in Təcrübənin təşkili şöbəsi bakalavr və magistrlər üçün ölkənin 538 nüfuzlu müəssisəsində təcrübə keçmək imkanı yaradıb. Bu tədris ilindən UNEC-də bakalavrların təcrübəsinin təşkili yeni qaydalar əsasında aparılır. Belə ki, ötən tədris illərində bakalavrlar üçün təcrübə müddəti 40 gün nəzərdə tutulurdusa, bu tədris ilindən onların təcrübə saatları artırılaraq 14 həftə olub. Bu yenilik təbələbələrin praktiki biliklərini artırmaqla yanaşı, onlara ixtisaslarına uyğun sahədə daha yaxşı mütəxəssis kimi yetişmək imkanı yaradacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR