A

UNEC-də “UNEC BMT Modeli” klubunun 3-cü konfransı keçirilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Maliyyə İşləri Şurası (ECOFIN) formatında keçirilən konfrans “Beynəlxalq ticarətin dəyişən qaydaları: proteksionizm qloballaşmaya qarşı” mövzusunda olub.

UNEC-lə yanaşı, Azərbaycanın digər aparıcı ali təhsil müəssisələrindən 70-dən çox yerli və əcnəbi tələbənin iştirak etdiyi konfrans iki gün davam edib.

Simulyasiya konfransında ECOFIN-də “Beynəlxalq ticarətin dəyişən qaydaları: proteksionizm qloballaşmaya qarşı”, Beynəlxalq Atom Enerjisi Agentliyində isə (IAEA) çox gərgin olan “Dünya arenasında siyasi təzyiqlər şəraitində nüvə silahı problemləri” mövzusu üzrə debatlar aparılıb.

Hər iki komitədə iki gün ərzində verilən mövzular ətrafında problemlər və onların alternativ həll yolları müzakirə olunub.

Debatların sonunda, Beynəlxalq Atom Enerjisi Agentliyində ölkə (xüsusilə də ABŞ, İran, Şimali Koreya və Çin) nümayəndələrinin müxtəlif baxış nöqtələrinin olması səbəbindən heç bir qətnamə qəbul edilməyib. İkinci komitədən fərqli olaraq, İqtisadi və Maliyyə İşləri Şurasında bütün nümayəndələr tərəfindən dəstəklənən qətnamə qəbul edilib. Burada qlobal ticarətin Ümumdünya Ticarət Təşkilatı prinsipləri əsasında aparılması və ticarətdə liberal dəyərlərin saxlanılması əsas prinsip kimi götürülüb.

Konfransın sonunda “Ən yaxşı nümayəndə”, “Ən yaxşı debatçı” və “Ən yaxşı tədqiqat” nominasiyaları üzrə sertifikatlar təqdim olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR