A

UNEC-in III kurs tələbəsi Həsən Süleymanov Türkiyədə keçirilən “Davamlı inkişaf: İqtisadiyyat, siyasət, cəmiyyət” adlı V Beynəlxalq Tələbə Konfransında iştirak edib.

Türkiyənin Manisa şəhərində Uludağ Universiteti, Beynəlxalq Vizyon Universiteti və Balıkəsir Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda dünyanın 26 ölkəsindən 35 universitetin tələbəsi birgə müzakirələr aparıblar.

UNEC-in İqtisadiyyat fakültəsinin tələbəsi H.Süleymanov konfransda  “Bölgəsəl enerji politikaları: Azərbaycan-Türkiyə” mövzusunda çıxış edib. O, Azərbaycanla Türkiyənin birgə enerji layihələrindən, o cümlədən yenicə istifadəyə verilən Bakı-Qars dəmiryolunun həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan əhəmiyyəti barədə konfrans iştirakçılarına məlumat verib.

Konfransda UNEC-in tələbəsinin çıxışını yüksək qiymətləndirərək, ona xüsusi sertifikat təqdim ediblər.

Qeyd: UNEC-in tələbəsi H.Süleymanov İqtisadiyyat fakültəsi Tələbə Elmi Cəmiyyətinin tərkibində fəaliyyət göstərən “İqtisadçı” tələbə elmi dərnəyinin, həmçinin “UNEC Enactus” komandasının üzvü, müxtəlif müsabiqələrin qalibidir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay