A

UNEC Karyera Mərkəzi Azərbaycan bank sisteminin sabitliyinin və ölkənin sosial-iqtisadi inkişafının rəmzi olan Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə birlikdə “Azərbaycan Beynəlxalq Bankında iş imkanları” adlı karyera günü keçirib.

Tədbirdə İnsan Resurslarının İdarəedilməsi və Təşkilatı departamentinin əməkdaşları tələbələrə bankdakı karyera və təcrübə imkanları barədə məlumat veriblər. Bundan əlavə, bank əməkdaşları uğurlu CV yazılması üsulları və namizədin müsahibəyə hazırlığına dair məsləhətlərini bölüşüblər.

Karyera günündə UNEC-in IV kurs tələbələri və I, II kurs magistrlərini maraqlandıran suallar cavablandırılıb. İştirakçıların CV-ləri müvafiq vakansiyalar üzrə seçim aparılması məqsədilə toplanıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR