A

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “Azərbaycan iqtisadiyyatı son 15 ildə: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib.

Kollecin direktoru, dosent Oruc Məmmədov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycan Respublikasının əldə etdiyi uğurlardan, həyata keçirilən kompleks islahatlardan, qarşıda duran vəzifələrdən danışıb.

İqtisadi və sosial inkişaf mərkəzinin sədri, iqtisadçı-alim Vüqar Bayramov mövzu üzrə geniş məruzə ilə çıxış etdi. V.Bayramovun maraq doğuran çıxışı geniş müzakirə predmetinə çevrilib. Natiq kollecin müəllim və tələbələrini maraqladıran sualları cavablandırıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR