A

UNEC-in Rus İqtisad Məktəbində (RİM) Azərbaycan Skautlar Assosiasiyasının (ASA) nümayəndələri ilə görüş keçirilib.

ASA-nın koordinatoru Rza Məmmədzadə tələbələrə Dünya Skaut Hərəkatı Təşkilatı və Azərbaycan Skautlar Assosiasiyası barədə ətraflı məlumat verib, təşkilatın məqsəd və prinsiplərini açıqlayıb. ASA-nın nümayəndəsi Lalə Abdullayeva isə təşkilatın təlimlərindən söz açıb. Təlimlərin əsasən atçılıq, atıcılıq, dağçılıq, oxatma, tonqal, səmti müəyyənetmə, ilk tibbi yardım istiqamətlərində olduğunu vurğulayıb. Bildirib ki, ASA-nın üzvləri həmçinin beynəlxalq tədbir və konfranslarda ölkəmizi layiqincə təmsil edirlər.

RİM-in direktoru, dosent Mənsur Barxudarov gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, idmana maraqlarının daha da artması, eyni zamanda onlara ekstremal vəziyyətlərdən çıxış vərdişlərinin aşılanması baxımından ASA-nın fəaliyyətini yüksək qiymətləndirib.

Görüş zamanı Rus İqtisad Məktəbində ASA-nın nümayəndəliyinin açılması qərara alınıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay