A

UNEC-də ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olun “Breyn rinq” yarışı keçirilib.

“Vision Academy” tədris mərkəzinin təşkilati dəstəyi ilə keçirilən bilik yarışında Maliyyə və mühasibat fakültəsinin tələbələrindən ibarət 10 komanda iştirak edib. Gərgin keçən yarışda Mürsəl Həsənli, Məhyəddin Soltanlı, Elşad Mehdiyev, Musa Vəliyev və Elşən Cəbrayılzadənin üzvü olduğu “Omerta” komandası qalib gəlib.

İkinci yerə “Paradise”, üçüncü yerə isə “Mikope” komandası layiq görülüb. Yarışda fərqlənən bütün komandaların üzvlərinə “Vison Academy”nin “qızıl kart”ı təqdim edilib. Kartlar tələbələrə bir il müddətinə təhsil mərkəzinin xarici dil kursları və “Converastion club”larında ödənişsiz iştirak etmək hüququ verir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay