A

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən 3-cü “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin finalçıları məlum olub.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində keçirilən müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir.

“Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin finalçılarını təqdim edirik:

  1. Elnarə Məmmədzadə
    UNEC, SABAH qrupları, 4-cü kurs
    Təqdim etdiyi layihə: Count Me
  1. Elçin Süleymanov
    Bakı Mühəndislik Universiteti, Public Administration, 3-cü kurs
    Təqdim etdiyi layihə: Chessy
  1. Toğrul Mirzəyev
    UNEC, SABAH qrupları, 3-cü kurs
    Təqdim etdiyi layihə: Novbe.al
  1. Cəlil Abbaslı
    UNEC, İqtisadiyyat fakultəsi, 4-cü kurs
    Təqdim etdiyi layihə: E-travel
  1. Eşqin Cəfərov
    UNEC, Beynəlxalq İqtisadiyyat Məktəbi, 3-cü kurs
    Təqdim etdiyi layihə: Stevia

“Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin final mərhələsi mayın 11-də saat 15:00-da UNEC-in əsas tədris binasında keçiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay