A

İqtisadiyyat Nazirliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirdiyi elmi məqalə müsabiqəsinə yekun vurulub.

Müsabiqəyə ölkədə aparılan iqtisadi islahatlara, kiçik və orta sahibkarlığın inkişafına və “Made in Azerbaijan” brendinin təşviqinə dair 27 elmi məqalə təqdim olunub. Məqalələri xüsusi komissiya qiymətləndirərək qalibləri müəyyən edib.

Bir çox ali təhsil müəssisələrinin bakalavr, magistr və doktorantlarının qatıldığı müsabiqədə UNEC-in tələbələri fərqlənib. Belə ki, müsabiqənin qalibləri UNEC-in Türk Dünyası İşlətmə fakültəsinin 4-cü kurs tələbələri Sevinc İrzayeva I yerə, Əli Əliyev isə III yerə layiq görülüb. Qaliblərə diplom və mükafatlar təqdim edilib.

UNEC ailəsi adından tələbələrimizi təbrik edir, onlarla qürur duyuruq!

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR