A

“AccessBank”ın dəstəyi ilə “UNEC Business Conversation Club” start götürüb

“UNEC Business Conversation Club” da toplaşan tələbələr 5 həftə ərzində IELTS mütəxəssislərinin təqdimatı ilə ingilis dilinin biznes istiqamətini öyrənəcək.

Layihənin təqdimat mərasimində UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev layihənin tələbələrin özlərini bir neçə istiqamətdə inkişaf etdirə biləcəkləri baxımından üstünlüklərini vurğulayıb. O, “AccessBank” ilə əməkdaşlığın bundan sonra daha da genişlənəcəyini bildirib.

 “AccessBank”ın İdarə Heyəti sədrinin müavini/Baş maliyyə inzibatçısı Albrext Sabelus UNEC-in Azərbaycanın bank-maliyyə sektoruna bir çox peşəkar kadrlar bəxş etdiyini bildirib: “AccessBank”ın komandasında kifayət qədər UNEC məzunu var”. A.Sabelus maliyyə sektorunda ingilis dili biliklərinə yiyələnməyi əsas şərtlərdən biri adlandırıb.

“AccessBank”ın Korporativ Bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilova layihəyə bankın beynəlxalq təcrübəyə malik mütəxəssislərinin cəlb ediləcəyini bildirib. O, seminarı müvəffəqiyyətlə bitirən tələbələrin bankın xüsusi mükafatına layiq görüləcəyini qeyd edib.

Daha sonra seminara start verilib.

Sonda iştirakçılara bank adından hədiyyələr təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay