A

UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarış keçirilib.

Fakültələr arasında keçirilən yarış UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə reallaşıb. İntellekt yarışının suallarını Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri və “İqtisadçı” İntellektual Klubunun üzvləri birgə hazırlayıb.

Gərgin keçən intellekt yarışında Maliyyə və mühasibat fakültəsinin tələbələrindən ibarət “General ismisus”  komandası qalib olub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR