UNEC-in tələbəsi esse müsabiqəsində III yerə layiq görülüb.
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Ekspo 2025 Bakı” Əməliyyat Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqə 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi çərçivəsində təşkil olunub.
“İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusu üzrə keçirilən müsabiqənin məqsədi gənclər arasında “Ekspo 2025 Bakı” layihəsi haqqında məlumatlılıq səviyyəsini artırmaq, ölkə üçün vacib əhəmiyyət kəsb edən məsələlərdə gənclərin iştirakına şərait yaratmaq, onların kreativlik potensialını müasir cəmiyyətin inkişaf istiqamətləri və sərginin fəlsəfəsinə yönəltməkdir.
UNEC-in İqtisadiyyat fakultəsinin IV kurs tələbəsi Amin Hüseynov müsabiqəyə “Mənim ölkəm, mənim gələcəyim” essesi ilə qatılıb. A.Hüseynov UNEC-in İnklüziv Təhsil Mərkəzinin fəal üzvlərindəndir.
Qalib xüsusi diplom və qiymətli hədiyyələrlə təltif edilib.
Tələbəmizi bu uğuru münasibətilə təbrik edirik!