A

UNEC-in tələbələri 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nəsimi rayonunda yerləşən “Bilik açarı” uşaq bağçasını ziyarət ediblər.

UNEC-in kitabxanasının baş biblioqrafı Arzu Məmmədova uşaqlara kitabın əhəmiyyətindən bəhs edib. Tələbə Elmi Cəmiyyətinin üzvləri və tələbə-rektor E.Sadıqov “Birlikdə oxuyaq” şüarı ilə uşaqlara nağıllar oxuyub, şeirlər söyləyiblər.

Uşaq bağçasının direktoru S.Məhərrəmova uşaqlara kitabı sevdirməkdə istiqamətində həyata keçirilən bu təşəbbüsə görə UNEC kollektivinə təşəkkür edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay