A

UNEC-in Gənc Müəllimlər Şurasının təşkilatçılığı ilə tələbələr arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilən müsabiqənin final mərhələsi keçirilib.

Gənc Müəllimlər Şurasının üzvlərinin rəhbərliyi ilə aparılan müsabiqədə UNEC-in bütün fakültələri ilə yanaşı, Zaqatala filialının da tələbələri iştirak edib. Müsabiqə cümhuriyyət dövrünün sosial-iqtisadi, ictimai-siyasi, tarixi-mədəni həyatının araşdırılması istiqamətində təşkil olunub. Şuranın İdarə Heyətinin dəyərləndirdiyi ən yaxşı 9 təqdimat finala vəsiqə qazanıb.

Finalda tələbələr UNEC-in Tələbələrlə işlər üzrə prorektoru, dosent Səadət Qəndilova, Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru, Gənc Müəllimlər Şurasının sədri Səbuhi Tanrıverdiyev və “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənovun təmsil olunduğu münsiflər heyəti qarşısında təqdimatla çıxış ediblər.

Çıxışlardan sonra münsiflər heyətinin dəyərləndirməsi ilə Qiyabi təhsil şöbəsinin I kurs tələbəsi Ziyəddin Məmmədovun 4 tələbə ilə hazırladığı “Azərbaycan Xalq Cümhuriyyəti Paris sülh konfransında” mövzusundakı təqdimat I yerə layiq görülüb. Qalib komandaya Gənc Müəllimlər Şurasının üzvü Cəmilə Həsənova rəhbərlik edib.

Maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi Əminə Əlibalayevanın UNEC-in gənc müəllimi Kəmalə Nəcəfovanın rəhbərliyi ilə hazırladığı “AXC dönəminin ictimai həyatı” təqdimat II yerə, III yerə isə Əmtəəşünaslıq fakültəsinin II kurs tələbəsi Həsən Quliyevin gənc müəllim Sevinc Abdullayevanın rəhbərliyi ilə “AXC dövründə dövlətin sosial-iqtisadi siyasəti” mövzusundakı təqdimatı layiq görülüb.

Qalib komandalara diplomlar, müsabiqənin iştirakçılarına isə sertifikat və hədiyyələr təqdim olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR