A

UNEC-in tələbələri Ramazan Bayramını valideyn himayəsindən məhrum olan uşaqlarla qeyd ediblər.

UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi Zeynəb Qiyasovanın təşəbbüsü ilə reallaşan görüş İqtisadiyyat fakültəsinin “İqtisadçı” Tələbə Elmi Dərnəyinin və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Görüşdə UNEC-in İqtisadiyyat fakültəsinin tələbələri Sevda Şeydayeva, Həsən Süleymanov, Türkan Dəmirsoy, Ramil Abakarov, Şahmar Paşayev, Səmra Əhmədzadə, Şahin Bayramov, Nərgiz Həsənli, Səma Namazova, DQƏTM-nin tələbəsi Lamiyə Məmmədzadə və Türk Dünyası İşlətmə Fakültəsinin tələbəsi Aytən Abdinova valideyn himayəsindən məhrum olan uşaqlar arasında intellektural yarış keçiriblər. Qaliblərə hədiyyələr təqdim edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay