A

19 sentyabr tarixində UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin İdarə heyətinin iclası keçirilmişdir. THİK sədri Rüfət Süleymanlı yeni tədris ilinin başlanması münasibətilə iclas iştirakçılarını təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Yeni fakültə sədrləri Texnologiya və dizayn fakültəsinin II kurs tələbəsi Məmmədov Mətləb, Əmtəəşünaslıq fakültəsinin III kurs tələbəsi Vəlizadə Tural, Sabah Mərkəzi fakültəsinin III kurs tələbəsi Əhmədov İbrahim, İqtisadiyyat fakültəsinin IV kurs tələbəsi İbrahimli Kamran, DQƏTM II kurs tələbəsi Nigar Ağayeva iclas iştirakçılarına təqdim olunmuşdur.

 İclasda THİK sədri Rüfət Süleymanlı fakültə sədrlərini, idarə heyətini yeni tədris ilində həyata keçiriləcək tədbirlər barədə məlumatlandırıb və təlimatlar vermişdir. İclas müzakirələrlə davam etmişdir. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR