A

UNEC-in Biznes və menecment fakültəsinin tələbəsi Emil Qasımov “Miss və Mister Planet 2018” gözəllik müsabiqəsinin qalibi olub.

Rusiya, Ukrayna, Belarus, Estoniya, Tacikistan, Latviya və digər ölkələrdən 35 modelin iştirak etdiyi müsabiqə Gürcüstanın paytaxtı Tbilisidə keçirilib. 25 nəfərdən ibarət beynəlxalq münsiflər heyətinin qərarı ilə UNEC-in tələbəsi “Mister Planet 2018” titulunun sahibi olub.

Hazırda UNEC-də biznesin idarəedilməsi ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi E.Qasımov “Best model of Azerbaijan 2018” yarışmasının finalına hazırlaşır.

UNEC-in tələbəsini təbrik edirik, ona təhsilində və modellik fəaliyyətində uğurlar arzulayırıq!

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay