A

UNEC-də Beynəlxalq Kulinariya Günü münasibətilə xeyriyyə aksiyası keçirilib.

UNEC-in Qida məhsulları texnologiyası kafedrası və Texnologiya və dizayn Fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən aksiyada qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin əl işləri sərgilənib. UNEC tələbələri hazırladıqları müxtəlif çeşiddə şirniyyat və un məmulatlarının satışını keçiriblər.

UNEC tələbələri aksiyadan əldə olunan vəsaiti xeyriyyə məqsədi ilə sərf edəcəklər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay