A

UNEC ilə ADA Universitetinin birgə layihəsi çərçivəsində ADA Universitetinin professorları UNEC-də bir günlük açıq dərslər keçirirlər.

Layihənin məqsədi ADA Universitetinin öz tələbələrinə təklif etdiyi imkanlardan ictimaiyyətin də faydalanmasına şərait yaratmaqdır.

Açıq dərslər SABAH qrupunda keçirilib. Seminarlar çərçivəsində ADA professorları Ömər Farrux və Emin İlyas SABAH tələbələrinə ingilis dilində müxtəlif mövzularda dərslər keçiblər.

İnteraktiv tədris metodlarından istifadə edilmiş dərslərdə qonaqlar tələbələrin hazırlığını müsbət dəyərləndiriblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR