A

Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “UNEC TEC-in reklam çarxını sən yarat!” layihəsinin final mərhələsi keçirilmişdir.

Tədbir çərçivəsində TEC sədri Nərmin Heydərova sözügedən layihənin UNEC-də yenilik olduğunu vurğuladı və iştirak edən tələbələrə uğurlar arzuladı.

UNEC kitabxanasının baş biblioqrafı Arzu Məmmədova bu təşəbbüsün tələbələr üçün bir təcrübə rolunu oynayacağını qeyd etdi. Öz növbəsində, UNEC-in tələbə-rektoru Elmir Sadıqov layihənin finalçılarını təbrik edərək, TEC-in layihələrinin davamlı olacağını bildirdi.

Qeyd edək ki, şərtlərə görə tələbələr 2-3 dəqiqədən çox sürməyən TEC-in reklam çarxını hazırlayaraq, müvafiq qaydada təqdim ediblər. Yekunda 9 finalçının hazırladığı reklam çarxını TEC Şurası, tələbə-rektor E.Sadıqov və UNEC kitabxanasının baş biblioqrafı A.Məmmədovadan ibarət komissiya qiymətləndirib. Sonda finaliçılar arasından Fidan Qasımova layihənin qalibi  seçilib. Qalibə TEC tərəfindən diplom və 100 AZN mükafat təqdim edilib. Digər aktiv tələbələr sertifikatlarla mükafatlandırılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay