A

UNEC-in İqtisadiyyat fakültəsində ekologiya ixtisası üzrə təhsil alan tələbələrin dərsi maraqlı formatda keçirilib.

“Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müəllimləri Afaq Hacıyeva və Firuzə Cəfərovanın apardığı landşaftşünaslıq dərsi auditoriyada deyil, açıq havada UNEC-in rəsmi Facebook səhifəsindən canlı yayımlanaraq tədris olunub.

Açıq havada “Antropogen landşaftların təsnifatı” mövzusunda keçirilən dərs tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Müəllimlər auditoriyadan kənar keçirilən dərslərin tələbələr üçün daha maraqlı və faydalı olduğunu qeyd edərək, tədris ili boyu fərqli məkanlarda dərslərə davam edəcəklərini bildiriblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR