A

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının İnkişafı Proqramı (BMTİP) ilə birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq 17 Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlərin seçilməsi təşəbbüsü irəli sürülmüşdür.

Gender bərabərliyi Dayanıqlı İnkişaf Məqsədi üzrə Gənc Səfir UNEC-in İqtisadiyyat fakültəsinin III kurs tələbəsi, UNEC TEC sədri Nərmin Heydərova seçilmişdir. Xatırladaq ki, 2017-ci il I UNEC Science Slam beynəlxalq elm müsabiqəsində də Nərmin Heydərova, Gender bərabərliyi mövzusunda qalib olmuşdur.

Qeyd edək ki, Gənc Səfirlər növbəti 2 il ərzində fəaliyyət göstərəcəklər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR