A

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2017-2018-ci tədris ilinin yay imtahan sessiyasında uğur qazanan və Həmkarlar İttifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, idmana daim böyük önəm verdiyini bildirib, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.

AHİK-in sədri dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıb.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S.Möhbalıyev qeyd edib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, Həmkarlar İttifaqı fəalı olan tələbələrə verilir.

S.Möhbalıyev ATİAHİ Respublika Komitəsi tərəfindən keçirilən müsabiqələr, müxtəlif idman yarışları, intellektual oyunlar və digər tədbirlər barədə məlumat verib. Bildirilib ki, rəhbərlik etdiyi qurumun məqsədi gənclərin inkişafına, onların asudə vaxtlarının səmərəli təşkilinə diqqət və qayğı göstərməkdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri İrfan Davudov Ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim böyük qayğı göstərdiyini vurğulayıb, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edib.

AHİK-in sədri adlı təqaüdə layiq görülən tələbələri təbrik edib, onlara təhsildə yeni uğurlar arzulayıb. Sonra tələbələrə adlı təqaüdlər təqdim edilib.

Təqaüd alanlar sırasında UNEC-in magistr və tələbələri də var. Onlar İlkan Əliyev (UNEC Biznes Məktəbi), Tural Vəlizadə (Ekspertiza və standartlaşdırma fakültəsi), Nərmin Eyvazlı (Maliyyə və Mühasibat faküləsi), İbrahim Əhmədov (Sabah Mərkəzi), və Aydan İsrafilzadədir. (Rus İqtisad Məktəbi).

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay