A

9 Noyabr Dövlət Bayrağı günü və 12 Noyabr Azərbaycan Respublikası Konstitusiyası günü münasibəti ilə İqtisadiyyat fakültəsinin tələbələri Qobustan qoruğunda olublar.

İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyevin, İqtisadiyyat fakültəsinin Həmkərlar İttifaqı Komitəsinin sədri, dosent Elşən Məmmədovun və “Humanitar fənlər” kafedrasının baş müəllimi, iqtisadiyyat ixtisaslı 178, 179 saylı qrupların mentoru Cəmilə Həsənovanın iştirakı ilə tələbələr Azərbaycan tarixinin qədim dönəmlərinə dair maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olublar.

Qobustan qoruğunun açıq və qapalı muzeylərini ekskursiya edən tələbələr, qədim insanların istidafə etdikləri əmək alətləri, bəzək əşyaları və qayaüstü rəsmləri maraqla izlədilər.

Tədbir iştirakçıları Qobustan qayaları üzərində Azərbaycan bayrağını dalğalandıraraq xatirə şəkilləri çəkdiriblər. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR