A

UNEC-də “Müasir dəb sahəsində informasiya texnologiyalarının rolu” mövzusunda disput keçirilib.

Texnologiya və dizayn fakültəsində Texnoloji Təhsil Qrupunun (TTQ) təşəbbüsü ilə keçirilən tədbir UNEC-in 2017-2020-ci illər üçün “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin əsasında hazırlanmış Tədbirlər Planının icrasını təmin etmək məqsədilə təşkil edilib.

Tədbirdə “Dizayn” kafedrasının professor-müəllim heyəti və dizayn ixtisası üzrə təhsil alan tələbələr iştirak edib.

Fakültə dekanı, professor Vəkil Hüseynov təsviri sənət sahəsində texnoloji biliyin möhkəmləndiliməsi baxımından elmi müzakirələrin keçirilməsinin önəmini vurğulayıb. O, dizayn ixtisasının bütün dövrlərdə prioritet olduğuna diqqət çəkərək tələbələrə bu sahənin sirlərinə dərindən yiyələnməyi tövsiyə edib. 

“Dizayn” kafedrasının müdiri Lalə Məmmədova tələbələrə tanınmış dizaynerlər və onların kolleksiyalarındakı müasir texnoloji dizayn elementləri barədə məlumat verib.

“Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının dosenti, ixtisas rəhbəri Təranə Əliyeva dizaynın hazırlanmasında kompüter texnologiyalarının tətbiqi, müasir dizaynın daha çox yayılmış fəaliyyət növü olan Web-dizayn və bu sahədə tədris olunan proqram təminatından bəhs edib.

Tələbələrə geyimin yaranma tarixindən söz açan kafedranın dosenti Yeganə Ağamalıyeva dəb sferasında son yeniliklərin ictimaiyyətə çatdırılmasında informasiya texnologiyalarının əvəzedilməz rolundan danışıb.

Disputun sonunda dəb həftəsini tərənnüm edən musiqili video-çarx nümayiş etdirilib. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR