A

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən çox gənclər təşkilatının təmsil olunduğu V Respublika sərgisi keçirilib. 

Sərgidə gənclər sektorunda aktiv fəaliyyət göstərən “İqtisadçı Tələbələrə Dəstək” İB və birliyin UNEC nümayəndəliyi təmsil olunub.

Dövlət rəsmilərinin iştirak etdiyi sərgidə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev “İqtisadçı Tələbələrə Dəstək” İB-nin stendi ilə tanış olub. İctimai birliyin təsisçisi və sədri Səməd Rzazadə rəsmi qonaqlara birliyin həyata keçirdiyi “KitabAt”, “I Universitetlərarası Ana dili müsabiqəsi”, “SəsVer 2015”, “Biznes 360 dərəcə” və digər layihələrdən bəhs edib. İctimai Birliyin UNEC nümayəndəliyinin rəhbəri Adnan Nəcəfov isə rəsmi ziyarətçilərə xeyriyyə aksiyaları, təşkilatın gördüyü işlər, həyata keçirdiyi layihələr, tədbirlər və görüşlər barədə məlumat verib.

Sərginin məqsədi gənclər təşkilatlarına nailiyyət və imkanlarını nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq və ictimai əlaqələrini genişləndirmək olub.

Qeyd edək ki, sərgi Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.4-cü yarımbəndinin (Gənclər təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə sərgilərin təşkil edilməsi) icrası istiqamətində təşkil olunub. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR