A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri “Vergi inzibatçılığı” fənni üzrə tədris olunan nəzəri biliklərin mənimsənilməsi effektivliyinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzində təşkil edilmiş praktiki təlimdə iştirak etmişlər. 

Tədbiri giriş nitqi ilə açan Mərkəz rəisinin birinci müavini Ceyhun Mehdiyev Mərkəzin gənclər üçün yaratdığı geniş imkanlardan bəhs etmişdir.  

Tədbidə tələbələrə Vergilər Nazirliyi tərəfindən aparılan gənclər siyasəti, tələbələrin asudə vaxtlarının faydalı keçirilməsi üçün təşkil edilən yay və qış məktəbləri, mühasibatlıq, peşəkar sertifikatlaşdırma və vergi orqanlarına qəbul üzrə hazırlıq kursları barədə ətraflı məlumat verilmişdir.

Tədris Mərkəzinin təcrübəli müəllimlərinin iştirakı ilə keçirilən təlimin birinci hissəsində ƏDV və sadələşdirilmiş vergi bəyannamələrinin elektron qaydada doldurulması, prosedurun spesifik xüsusiyyətləri və vergi qanunvericiliyinin tətbiqi məsələləri əsasında izah olunmuşdur.

Təlimin ikinci hissəsində Vergilər Nazirliyi tərəfindən təklif edilən elektron xidmətlər, fiziki və hüquqi şəxslərin onlayn vergi qeydiyyatı, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması, ləğv edilməsi və bərpa edilməsi və bu kimi digər xidmətlərdən istifadə qaydaları və vergi orqanı əməkdaşlarının peşə fəaliyyətində tətbiq etdikləri xüsusi proqram təminatları barədə məlumat verilmişdir.

Təlimin sonunda onlar üçün yaradılmış fürsət və imkanlara görə "Beynəlxalq İqtisadiyyat" (ingilis dilli) kafedrasının müəllimi Cəlil Əhmədov və tələbələr tərəfindən Tədris Mərkəzinin heyətinə minnətdarlıq bildirilmiş və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulan təlimlər zamanı aktual mövzular barədə müzakirələr aparılmışdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR